Avtosh: Baku Drift

Bahruz Shabili
FreeSimulationRacing4+
Also on Android → ⇄ Compare
App Store page ↗
MechanicsRacing
ReleasedNov 11, 2026
Last updateNov 24, 2026
Version1.0.3
Ratings0
Ratings, 7 dayscollecting
Size333 MB
Languages1

Screenshots

Ratings over time

Tracking started recently; the line appears after a few days of data.

Versions

Description

Avtosh: Baku Drift — Bakının küçələrində drift, yarış və survive oyunu. Tək oyna, ya da dostlarınla onlayn yarış! Neftçilər prospekti, İçərişəhərin yanındakı dar küçələr, Hökumət Evinin qarşısı və Alov Qüllələrinə qalxan dağ yolu — hamısı sənin meydançandır. Əl əyləcini çək, sükanı qarşı tərəfə çevir, qazı buraxma və maşını yan-yana sürüşdür! YENİ: SURVIVE REJİMİ • Son qalan maşın qalib gəlir — rəqibləri itələ, zərbələrdən qaç • Zona tədricən daralır: içəridə qal, yoxsa can itirərsən • Dənizin ortasındakı neft platformaları: işləyən nasoslar, sürüşkən neft ləkələri və çökən estakadalar • Bayraq Meydanında zəmin vaxtaşırı qırılır — boşluğa düşən uduzur • Can, qalxan, sürət və pul bonuslarını topla • Botlarla oflayn, ya da dostlarla onlayn oyna DAĞ YOLU İLƏ YARIŞ • Şəhər küçələrindən serpantinlərlə Alov Qüllələrinə qalxan yarış trası • Dağ yolu boyunca metal maneələr, qüllələrin ətrafında dairəvi yol • Ağır maşın daha güclü itələyir, yüngül maşın daha cəld sürətlənir ONLAYN OYUN VƏ DOSTLAR • Sürətli axtarış — səviyyənə yaxın real oyunçularla yarış, boş yerləri botlar tutur • Dostlarınla otaq qur: otaq kodunu paylaş və ya dostlarını bir toxunuşla dəvət et • Onlayn drift və survive otaqları • Dost siyahısı, son oynadığın oyunçular, səviyyə və təcrübə xalları • Eyni Wi-Fi şəbəkəsində internetsiz də oynamaq olar • Narahat edən oyunçunu blokla və ya şikayət et DRIFT ET, XAL TOPLA • Uzun və bucaqlı drift daha çox xal gətirir • Ardıcıl driftlər vurğu artırır: x1.5, x2 və daha çox • Toplanan xallar oyun pulu olur — onunla yeni maşın və hissələr al • Ən yaxşı rekordunu yenilə CANLI ŞƏHƏR • İki tərəfli yollarda axan trafik — maşınlar arasında sürüş, toqquşmadan keç • Mağazalar, kafelər, bilbordlar və Azərbaycan bayraqları ilə Bakı küçələri • Bakının tanınmış yerləri: Qız Qalası, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Hökumət Evi, Bayraq Meydanı QARAJ VƏ TÜNİNQ • Klassik maşınlardan superkarlara qədər — drift et, pul qazan, yenisini al • Hər paneli ayrıca rənglə: kapot, dam, qapılar, baqaj • Peredok — qabağı qaldır, ya da maşını alçalt • Disklər, şin, şüşə plyonkası, fara rəngi, nömrə nişanı • Mühərrik, turbo, asqı, əyləc və təkər təkmilləşdirmələri REKLAMLA ENDİRİM — İSTƏYƏ BAĞLI • Mağazada qısa reklama bax, qiyməti endir • Oflayn survive-da məğlub olanda reklama baxıb oyuna qayıt • Reklam yalnız sən düyməyə basanda göstərilir QUTULAR, STİKERLƏR VƏ MİSSİYALAR • Missiyaları tamamla, gündəlik hədiyyəni götür, qutu qazan • Qutulardan pul, stiker və ad kuponu çıxır — hər əşyanın şansı oyunda göstərilir • Stikerləri maşına yapışdır, ölçüsünü və bucağını dəyiş RAHAT İDARƏETMƏ • Sükan, düymələr və ya giroskop (telefonu sükan kimi çevir) • Qaz, əyləc və əl əyləci pedalları; geri getmək üçün dayan və əyləci basılı saxla • Gedəcəyin yeri göstərən mini-xəritə və arxa güzgü • Yeni, həcmli 2.5D interfeys HESAB VƏ DİLLƏR • Qonaq kimi oyna, ya da Google, Apple və ya e-poçtla daxil ol — maşınların və pulun yeni telefonda da qayıdır • Onlayn oyun üçün hesab lazımd